Bu ölkədə ölümlə nəticələnən bədbəxt hadisələrin sayı artıb

 14-07-2024

Litvada istehsalatda ölümlə nəticələnən bədbəxt hadisələrin sayı artıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi məlumat yayıb.

İdarə bildirib ki, bu ilin əvvəlindən respublikada artıq 8 belə hadisə baş verib. Üstəlik, təkcə bu ilin may ayında üç fakt qeydə alınıb.

Bundan başqa, cari ilin 6 ayı ərzində işçilərin ağır xəsarət almasına səbəb olan 54 bədbəxt hadisə qeydə alınıb.

Bənzər yazılar

0.062832832336426