Lukaşenko: Belarus-Ukrayna sərhədində gərginlik aradan qaldırılıb

 14-07-2024

Belarus Prezidenti Aleksandr Lukaşenko bir müddət əvvəl vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməsindən sonra Ukrayna ilə sərhəddə gərginliyin aradan qaldırıldığını bəyan edib.

"Ölkə.az" xəbər verir ki, o, bu barədə Luninets vilayətində ölkənin cənub əməliyyat istiqamətində hərbi təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dair müşavirədə bildirib.

“Bizim konkret işimizdən sonra ukraynalılar öz silahlı qüvvələrini və əlavə qoşunlarını göndərildikləri sərhədimizdən çıxarıb və ümumilikdə Belarus-Ukrayna sərhəd zonasından çıxarıblar”, – dövlət başçısı bildirib.

O əlavə edib ki, hazırda Ukrayna tərəfi ilə heç bir çətinlik yoxdur.

Bənzər yazılar

0.06459903717041