Türkiyə taxıl dəhlizi ilə bağlı danışıqlar aparır

 13-07-2024

Türkiyə tərəfi Rusiya və Ukrayna ilə taxıl dəhlizi ilə bağlı danışıqlar aparır.

"Ölkə.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

“İndi isə biz deyirik ki, gəlin taxıl dəhlizini bərpa edək. Hazırda bu barədə həm Rusiya, həm də Ukrayna ilə danışıqlar aparırıq”, - dövlət başçısı vurğulayıb.

Ərdoğanın sözlərinə görə, onun Rusiya Prezidenti Vladimir Putinlə ŞƏT sammiti çərçivəsində son görüşü bu məsələyə həsr olunub.

“NATO sammitində cənab Zelenski ilə bu məsələləri müzakirə etmişik. Biz Ukrayna tərəfi ilə də taxıl dəhlizi üzərində işləmək istəyirik”, - Türkiyə lideri əlavə edib.

Bənzər yazılar

0.06430983543396