Avropa İttifaqı Gürcüstanın inteqrasiyasını dayandırıb

 09-07-2024

Xarici agentlər haqqında qanunu qəbul edən Gürcüstanın mövcud hakimiyyətinin anti-Qərb və anti-Avropa ritorikasıdır.

Ölkə.Az xəbər verir ki, bunu Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski bildirib. Onun sözlərinə görə, bu cür ritorika Avropa İttifaqına daxil olmaq kimi elan edilmiş məqsədlə tamamilə uyğun gəlmir. 

Diplomat Aİ-nin Gürcüstanın quruma inteqrasiyasının dayandırdığını bəyan edib. 

“Təəssüf ki, Gürcüstanın Avropa İttifaqına qəbulu hazırda dayandırılıb. Gürcüstan Müdafiə Nazirliyinə ayrılan 30 milyon avro dondurulub. Bu, həqiqətən də kədərlidir”, – avropalı diplomat qeyd edib.

Diplomat onu da əlavə edib ki, Aİ rəhbərləri üçün Gürcüstanın hazırkı hakimiyyətinin niyyətləri tamamilə aydın deyil. 

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.06289005279541