Kansler Şolts: Ərdoğanın Almaniyaya səfərindən məmnunam

 06-07-2024

Almaniya kansleri Olaf Şolts Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Hollandiya matçını izləmək üçün Almaniyaya səfər edəcəyindən məmnun olduğunu bildirib.

Ölkə.Az xəbər verir ki, Prezident Ərdoğanla davamlı olaraq  dialoqda olduğunu  qeyd edən Şolts onunla tez-tez beynəlxalq görüşlərdə görüşdüyünü, telefonla da danışdığını vurğulayıb.

Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğan bu gün  Türkiyə ilə Hollandiya yığmaları arasında 1/4 final matçını  izləmək üçün Almaniyaya səfər edəcək. Türkiyə-Hollandiya matçı Bakı vaxtı ilə saat 23.00-da Berlindəki Olimpiya Stadionunda baş tutacaq.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.14899206161499