Vladimir Putin İlham Əliyevlə danışıqlar aparacaq

 02-07-2024

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.

 TASS  xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.

Dövlət başçıları arasında görüşün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulun 3-4-də Astanada keçiriləcək sammiti çərçivəsində baş tutacağı bildirilib.

Bildirilir ki, iyulun 3-də, protokol tədbirlərinin başlanmasından bir gün əvvəl Rusiya liderinin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqları planlaşdırılır.

Bundan əlavə, Monqolustan və Türkiyə Prezidentləri Uxnaaqiyn Xurelsux, Rəcəb Tayyib Ərdoğan, Çin Xalq Respublikasının sədri Si Cinpin, eləcə də Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqları planlaşdırılır.

Qeyd edilir ki, Ərdoğanla görüşdə liderlər Putinin Türkiyəyə gözlənilən səfərini müzakirə edə bilərlər.

 

Bənzər yazılar

0.11357283592224