AVRO-2024: Türkiyə ilk matçında qələbə qazandı - YENİLƏNİB

 18-06-2024

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə - Gürcüstan matçında Türkiyə komandası 3:1 hesablı qələbə qazanıb.

"Ölkə.Az" xəbər verir ki, yığmaya qələbə qazandıran qolları Mərt Müldür (25), Arda Gülər (65) və Kərəm Aktürkoğlu (90+7) vurub.

Gürcüstan millisindən isə 32-ci dəqiqədə Georgi Mikautadze fərqlənib.

***22.02

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə - Gürcüstan matçında Türkiyə komandası növbəti qolu vurub.

"Ölkə.Az" xəbər verir ki, Arda Gülər 65-ci dəqiqədə fərqlənib.

Türkiyə millisindən daha əvvəl Mərt Müldür 25-ci dəqiqədə qol vurub. Gürcüstan komandasından isə Georgi Mikautadze 32-ci dəqiqədə fərqlənib.

***20.57

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda keçirilən Türkiyə - Gürcüstan matçında ilk hissə başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıb.

Türkiyə millisindən Mərt Müldür matçın 25-ci dəqiqəsində fərqlənib. Georgi Mikautadze 32-ci dəqiqədə bərabərliyi təmin edib.

Bənzər yazılar

0.097356081008911