Redaksiyamıza (mənbə; seher.media) müraciət edən bir qrup şuşalı cənab prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb.Onların bizə verdiyi məlumata görə "Çanaqqala" restoranı dövlət qoruğu olan "Şəhriyar" parkını zəbt edib və 30 ildən çoxdur ki, qanunsuz fəaliyyət göstərir.
Məlumatda bildirilir ki, restoranda 30-dan çox yeniyetmə gənclər səhər saat 8-dən gecə saat 12-yə qədər 16 saat ac-susuz işləyirlər. Müqabilində vur-tut 7 manat zəhmət haqqı alırlar. Özü də onların haqqı çatmır ki, bir tikə quru çörək götürüb yesinlər.
Redaksiyamıza daxil olan məktubu olduğu kimi təqdim edirik və yazıda yol verilən qrammatik səhvlərə görə redaksiya məsuliyyət daşımır.
“Kürən Tahir” ləqəbli Tahir Əbdülqasımov Dövlət qoruğu olan Şəhriyar parkını zəbt edib?
Heç bir hüquqi əsası olmayan “Çanaqqala” restoranı yaratmışdır!
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına müraciət:
Möhtərəm cənab Prezident,
Danılmaz həqiqətdir ki, prezidentliyiniz illərində Azərbaycan adlı məmləkət tamamilə abadlaşmış, müasirləşmiş, öz simasını Avropa standartlarına uyğun dəyişmişdir.
Hakimiyyətiniz dövründə görün nə qədər məktəblər, məktəbəqədər tərbiyə müəssisələri, səhiyyə ocaqları və sosial təyinatlı müəssisələr tikilib istifadəyə verilmişdir. Ən ucqar rayonlar, kəndlər, qəsəbələr belə yenidən qurulmuşdur.
Ötən illər ərzində yarım əsrə bərabər abadlıq, quruculuq işləri görülmüşdür. Bu gün Azərbaycan tərəqqi yollarında qətiyyətlə irəliləyir, beynəlxalq sammitlərdə, müşavirələrdə ali tribunalardan inamla öz sözünü deyir, görülən işlərin hesabatını verir. Bütün deyilənlər və deyilməsinə zaman lazım olan digər uğurlar da təbii ki, Sizin gərgin zəhmətiniz və düşünülmüş mütərəqqi layihələriniz sayəsində mümkün olmuşdur,
Cənab Prezident,
Unudulmaz şairimiz Süleyman Rüstəmin dediyi kimi:
Bəzənib başdan başa
Şəhərləri, kəndləri.
“Cənnət görmək istəyən
Azərbaycana gəlsin”
Həqiqətən sözün indiki mənasında Azərbaycan bu gün cənnət təsiri bəxş edir.
Cənab Prezident,
Siz yüzlərlə uğurlara imza atmısınız. Nailiyyətləriniz sırasında isə ən parlaq zəfəriniz 44 gün ərzində Qarabağı erməni qəsbkarlarından və 24 saat ərzində işğalda qalan digər rayonlarımızı erməni separatçılarından azad etməyinizdir. Təkcə bu uzaqgörən müdrik siyasətiniz Sizə ümumxalq məhəbbəti qazandırmış, prezidentliyinizi əbədiyaşar etmiş və Siz öz sağlığınızda adınızı qızıl hərflərlə Azərbaycan tarixinə yazmısınız.
Sizin böyüklüyünüz, ucalığınız sadəliyinizdə, səmimiyyətinizdədir, qazandığınız uğurlar isə xalqa arxalanmağınızdadır.
Qədim Şərq məsələlərinin birində deyildiyi kimi:
"Arxası el olanın başı göylərə dəyər,
Dağ da ona bata bilməz" .
Bir daha qeyd etmək lazım gəlir ki, 44 günlük savaşla və az itkilərlə işğal olunmuş torpaqlarımızı erməni faşistlərindən azad etməyiniz Sizin şah əsəriniz, azad edilmiş bölgələrdə sürətli abadlıq quruculuq işləri isə Sizin vətənə, xalqa bağlılığınızın bariz göstəricisidir.
Bu gün vətənini, xalqını qanı, canı qədər sevən, maddi imkanları olan hər bir qeyrətli Azərbaycan vətəndaşı, iş adamı işğaldan azad olunmuş bölgələrimizin yenidən qurulmasında, abadlaşmasında öz imkanlarını əsirgəməməlidir. Yuxarıda adını çəkdiyimiz Əbdülqasımov Tahir Nadir oğlu əslən Şuşalıdır. Şuşada doğulmuşdur və boya-başa çatmışdır.
Bu gün onun qədər maddi imkanlı ikinci bir iş adamı yoxdur. 10-dan çox restoranı və gəlir gətirən digər obyektləri var. (obyektlərin siyahısı əlavə ediləcəkdir)
1992-c i ilin may ayının 8-də Azərbaycanın dilbər guşəsi Şuşa ermənilər tərəfindən işğal olunanda Tahir Əbdülqasımov indiki “Çanaqqala” restoranının ərazisində çadır qurub kabab satırmış.Ötən illər ərzində Tahir Əbdülqasımov əldə etdiyi sərvət-sərmayə hesabına 10-dan çox, hətta Şamaxı, İsmayıllı rayonlarında belə restoranlar aça bilmişdir. Amma bu qədər maddi imkanları olan iş adamı bu günə qədər bir nəfər yetimə, imkansıza, xüsusən də qazilərimizə əl tutmayıb.
Onun kimliyi, hansı əməl sahibi olması ilə əlaqədar bircə faktı qeyd etmək kifayətdir ki, deyək ki, Tahir Əbdülqasımov Dövlət qoruğu olan Şəhriyar parkını zəbt edib, burada qanunsuz “Çanaqqala” restoranı yaradıb və 30 ildir işlədir, sərvət toplayır.
Restoranda 30-dan çox yeniyetmə gənclər səhər saat 8-dən gecə saat 12-yə qədər 16 saat ac-susuz işləyirlər. Müqabilində vur-tut 7 manat zəhmət haqqı alırlar. Özü də onların haqqı çatmır ki, bir tikə quru çörək götürüb yesinlər.
İllər öncə məhkumluq həyatı yaşamış Tahir Əbdülqasımovun dini, imanı, həyatının mənası, məzmunu yalnız puldur, sərvətdir.
Tahir Əbdülqasımov uzun illər cinayət əməllərini ört-basdır etmək üçün belə şaiyələr yayırmış ki, guya “Çanaqqala” keçmiş Daxili İşlər naziri Ramil Usubova məxsusdur.
Halbuki, Ramil Usubovun adıçəkilən restoranla heç bir əlaqəsi olmayıb. "Çanaqqala” restoranı 30 ildən çoxdur ki, qanunsuz fəaliyyət göstərir.
Cənab Prezident,
Tahir Əbdülqasımov bu gün çox acınacaqlı vəziyyətdədir, iki yol ayrıcındadır. O ya vətənpərvərlik nümunəsi göstərib gedib öz vəsaiti hesabına vətəni Şuşada bir əzəmətli sosial təyinatlı obyekt tikib istifadəyə verməlidir. Ya da təklifdən boyun qaçırdığı halda isə 30 ildən artıqdır ona xidmət edən qanunsuz fəaliyyət göstərən “Çanaqqala” restoranı sökülüb yerlə yeksan edilməlidir.
Hörmətli cənab Prezident,
Şuşalıların rahat, əmin arxayın yaşaması naminə çoxsaylı Şuşalılar adından yazılan bu müraciəti xüsusi nəzarətə götürməyinizi və Tahir Əbdülqasımovu bu nəcib təşəbbüsü icra etməsinə göstəriş verməyinizi səmimi qəlbdən xahiş edirik.
Əlavə etmək yerinə düşər ki, təşəbbüs Tahir Əbdülqasımov tərəfindən icra olunana qədər silsilə yazılar davam edəcək və nüfuzlu saytlarda ictimailəşdiriləcək.
Möhtərəm prezident,
Ulu Yaradanımız kölgənizi xalqımızın, dəmir yumruğunuzu isə tarixi düşmənlərimiz olan ermənilərin başı üstündən əskik etməsin, Amin! Tahir Əbdülqasımova məxsus restoranların siyahısı əlavə edilir:
Nərimanov rayonunda
1. “Çanaqqala” restoranı
2. “Şuşa” restoranı
3. “Qreen” kafesi
Nizami rayonunda
1. “Xan qızı” restoranı
2. “Xan Bağı” restoranı
Xətai rayonu
1. Asiman” restoranı
Şamaxı və İsmayıllı rayonlarında adları bəlli olmayan restoranlar
Təkrar araşdırmalarımızdan sonra Tahir Əbdülqasımovun daha zəngin obyektləri bəlli olacaq.
Hörmətlə,Çoxsaylı Şuşalılar adından
P.S. Biz də SƏHƏR.MEDİA xəbər portalı olaraq qarşı tərəf kimi restoran rəhbərliyinin cavabını dinləməyə hazırıq.
Biz "Səhər.Media" xəbər portalı olaraq, qarşı tərəflə əlaqə saxladıq və onlar qeyd etdilər ki, yayılan məlumat doğru deyil, hətta məsələ ilə bağlı məhkəməyə müraciət edəcəklərini bildirdi. Yeri gəlmişkən qeyd edək ki, özünü Tahir bəyin köməkçisi kimi təqdim edən şəxs göstərilən iddialarla bağlı sübut təqdim etmədi.
Mənbə seher.media
#Çanaqqala #restoranı #dövlət #qoruğu #olan #Şəhriyar #parkı #ərazisində #qanunsuz #olaraq #tikilib #İDDİA