Şəhid qardaşı: "Valideynlərim onun dərdini çəkə-çəkə vaxtsız rəhmətə gediblər"

 22-05-2024

"Valideynlərim bu illər ərzində onun dərdini çəkə-çəkə vaxtsız rəhmətə gediblər".

Bu sözləri "Report"un Muğan bürosuna açıqlamasında mayın 22-də Biləsuvarda yerləşən Cəbrayıl qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunan, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Elbrus İsaqovun qardaşı Ramiz İsaqov deyib.

O bildirib ki, qardaşının nəşinin 30 il sonra tapılması da ailə üçün təskinlikdir:

"Valideynlərim onun dərdini çəkə-çəkə vaxtsız rəhmətə gediblər. Qardaşım Əfqanıstan müharibəsində iştirak etmişdi. Gəldi, sonra da könüllü olaraq Qarabağda döyüşməyə yollandı. 1994-cü ilin fevralında Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşdü. Qardaşımın nəşinin tapılmasında əziyyəti olan hər kəsə öz minnətdarlığımızı bildiririk".

 

Bənzər yazılar

0.12369704246521