Aparıcı Namidə İsayeva Respublika Klinik Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə bölmə müdiri təyin edilib

 14-05-2024

Aparıcı Namidə İsayeva Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə bölmə müdiri təyin edilib. 

Bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ailəsində yola davam. Görüləcək işlər çox, məsuliyyət böyük”, - deyə Namidə İsayeva qeyd edib.

Xatırladaq ki, əmək fəaliyyətinə “Azərbaycan dili və ədəbiyyatı” müəlliməsi kimi başlayan N.İsayeva daha sonra sağlamlıq turizmi sahəsində işini davam etdirib.

2019-cu ildən Lider TV-də “Həkimim” verilişində, daha sonra Xəzər FM-də yayımlanan “Radio Doktor” verilişi və ARB telekanalında yayımlanan “Yeni mən” verilişində layihə rəhbəri və aparıcı, 2022-ci ildən “Nizami Tibb Mərkəzi”nin İctimaiyyətlə əlaqələr və mətbuat rəhbəri olaraq fəaliyyətini davam etdirib.

 

Bənzər yazılar

0.056155204772949