Təhsil müəssisəsində 250 min manatlıq mənimsəmə – Cinayət işi açıldı

 07-05-2024

Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Bu barədə Sumqayıt şəhər prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhər “Evdə” fərdi təhsil məktəbində yol verilən qanunsuzluqlar barədə vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

“Araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2018-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan müddətdə faktiki olaraq əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilərək əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla ümumilikdə 250 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf olunmasına əsaslı şübhələr müəyyən edilib”, - məlumatda deyilir.

Bildirilib ki, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bənzər yazılar

1.2078139781952