Anar Eminov bu dəfə 236 min manatlıq təmir işi gördürəcək

 10-08-2025

Mingəçevir Dövlət Universiteti D.Əliyeva küçəsi 21 ünvanında yerləşən inzibati binanın (Korpus 1) cari təmiri ilə bağlı satınalma həyata keçirir.

32gun.az xəbər verir ki, təmir işləri üzrə ehtimal olunan qiymət 236.299,43 manat olaraq müəyyən edilib.

Satınalmanın qalibi hələ açıqlanmasa da, yaxın günlərdə müqavilənin imzalanması gözlənilir.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti inventarların alınması və quraşdırılması ilə bağlı satınalma həyata keçirirdi, 860.194,43 manat vəsait ayırmışdı. 

Xatırladaq ki, Mingəçevir Dövlət Universitetinin yeni rektoru Anar Eminovdur. O, bu vəzifəyə təyin olunanadək ali təhsil sistemində müxtəlif vəzifələrdə çalışıb.

Mənbə 32gun.az 

Bənzər yazılar

0.12465500831604