>

Elm və Təhsil Nazirliyinin idarəsi odun daşımaq üçün 1.7 milyon manat xərcləmək istəyir

 10-08-2025

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən təhsil müəssisələrinə odun yanacağının daşınması xidmətinin satınalınması elan olunub.

32gun.az xəbər verir ki, Satınalmanın ehtimal olunan qiyməti 1.693.300 manat olaraq göstərilib. Bu vəsait ölkə üzrə müxtəlif təhsil müəssisələrinin qış mövsümündə istiliklə təmin olunması məqsədilə odun yanacağının çatdırılması üçün nəzərdə tutulur.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə Valeh Mirzəliyev rəhbərlik edir. İdarə mövsümi təminat və təchizatla bağlı müxtəlif satınalmalar həyata keçirir.

Müəllif Ayaz 
Mənbə 32gun.az 

Bənzər yazılar

0.073353052139282