Türkiyədə dəhşətli ailə faciəsi baş verib.
Musavat.com xəbər verir ki, hadisə Ankarada baş verib.
Belə ki, cani ata dəhşət saçıb. O.G adlı ata 3 yaşlı oğlu Kadiri boru ilə döyərək işgəncə verib. Oğlunu ölümcül şəkildə döyən qatil daha sonra uşağı soyuq suda yuyub. Sonra da uşağın halını soruşanlara yıxıldığını deyib. Kadiri xilas etmək mümkün olmayıb.
3 yaşlı oğlu Kadiri işgəncə ilə öldürən qatil ata üçün tələb olunan cəza da açıqlanıb! Ankaranın Altındağ səmtində həbsdən çıxandan sonra öz oğluna işgəncə verərək onu borusu ilə vuraraq öldürən O.G hakim qarşısına çıxıb.
O.G-nin oğlu Kadirə narkotik verməyə çalışdığı da müəyyən edilib.O.G-nin 45 ildən az olmamaq şərti ilə “qəsdən adam öldürmə” və digər cinayətlərə görə ağırlaşdırılmış ömürlük həbslə cəzalandırılması tələb edilib.
Qonşulardan biri O.G-nin oğluna daim işgəncə verdiyini və ona narkotik qəbul elətdirməyə çalışdığını bildirib. Məlum olub ki, uşaq narkotik qəbul etməkdən imtina etdikdən sonra əsəbiləşən O.G oğlunu döyməyə başlayıb.