Keçmiş baş prokuror Zakir Qaralovun əmisi qızı Mehriban Qaralova məhkəməyə verilib.
Qaynarinfo.az xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir.
İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi icarə müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
Mehriban Qaralova mərhum Zahid Qaralovun qızıdır. Zahid Qaralov hakim Yeni Azərbaycan Partiyasının qurucu üzvlərindən sayılır. O, həmçinin Milli Məclisin birinci və ikinci çağırış depuatı olub. Zahid Qaralov 2015-ci ildə dünyasını dəyişib.
Mehriban Qaralovanın əmisi oğlu Zakir Qaralov 2000-2020-ci illərdə Azərbaycanın baş prokuroru olub.
Xanım Qaralova 2021-ci ildə Vətən müharibəsi şəhidlərinin Anım Gününə qırmızı paltarda qatılması ilə gündəmə gəlmişdi.
Həmin vaxt Mehriban Qaralova Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyib. O, 2022-ci ildə işdən çıxarılıb.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi məhkəməyə verildi
22-04-2024