Mbappe vədinə xilaf çıxdı

 21-04-2024

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib.

"Ölkə.az" xəbər verir ki, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib.

Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını “Real Madrid”də davam etdirməsi qərarı PSJ prezidentini qəzəbləndirib.

Qeyd edək ki, Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2024-cü ilin yayınadəkdir. Hazırda futbolçunun transfer dəyəri 180 milyon avro qiymətləndirilir.
Bu mövsüm Mbappe bütün turnirlərdə 42 matçda iştirak edib, 41 qol və doqquz məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

0.18464207649231