Sakinlər həyətyanı sahəyə kanalizasiya suyunun axdığını iddia edirlər - ŞİKAYƏT + VİDEO

 15-04-2024

Sakinlər Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 2a, məhəllə 8 ünvanında yerləşən evin həyətyanı sahəsindən kanalizasiya suyunun axdığını iddia edirlər.

Sakin Elnur Mürsəlov Oxu.Az-ın redaksiyasına şikayətini ünvanlayıb.

Şikayətçi üfunət qoxusundan dayana bilmədiklərini qeyd edib:

“Saray ərazisindən axan kanalizasiyadır. Kanalizasiya suyu bizim həyətdən keçir. Üfunətdən dayanmaq olmur. Körpə uşaqlar var. Qorxuludur. Hər an təhlükədir. Başdan-ayağa xəstəlikdir.

Dəfələrlə Su Kanal İdarəsinə şikayət etmişik. Baxan, iş görən yoxdur. Ötən il neçə dəfə yazılı surətdə müraciət etdik. “Azərsu” ASC-yə getdim. Vəd verirlər, gəlmirlər. Bir neçə dəfə getdim. Bir xeyri olmadı. Körpə uşaqlar var. İydən və üfunətdən dayanmaq olmur. Keçmək mümkün deyil. Hətta bir dəfə vəsait olmadığını dedilər”.

Məsələ ilə bağlı “Azərsu” ASC-yə saytımız da sorğu ünvanlayıb.

Həmin görüntüləri təqdim edirik:

Bənzər yazılar

0.12018799781799