Azərbaycanda ötən gün 14 kq narkotik aşkarlanıb

 11-04-2024

Polis əməkdaşları ölkə ərazisində ötən gün 14 kq narkotik aşkarlayıblar.

Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə aprelin 10-da ümumi çəkisi 14 kiloqrama yaxın narkotik vasitə, 22 ədəd çətənə kolu, həmçinin 220 ədəd metadon və fenazepam həbləri aşkar olunaraq götürülüb.

Bənzər yazılar

0.17991900444031