Paytaxtın Nizami rayonunda naməlum şəxs kombi cihazını oğurlamağa cəhd edib.
Hadisə ilə bağlı görüntüləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev öz “Facebook” profilində paylaşıb.
O bildirib ki, yaşayış evlərindən birinin qarşısında naməlum şəxs kombini sökməyə cəhd edib.
“Daha sonra kameranın olduğunu görür və uzaqlaşır. Hazırda həmin şəxsin axtarışı başlayıb. Onu tanıyan varsa, bizə məlumat verməyi xahiş edirik” – deyə, qeyd edib.