İsrail səfiri Britaniya XİN-ə çağırıldı - Kəskin etiraz

 03-04-2024

İsrailin Britaniydakı səfiri Tsipi Hotoveli Xarici İşlər Nazirliyinə çağırılıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Britaniya hökumətinin məlumatında deyilir.

Bildirilib ki, diplomatın XİN-ə çağırılma səbəbi İsrailin Qəzzaya zərbələri nəticəsində 3 britaniyalının həlak olması ilə bağlıdır.

Qeyd olunur ki, Hotoveli ilə görüşü Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Endryu Mitçel keçirib.

O, İsrailin bu zərbəsini kəskin qınayıb və məsələ ilə bağlı şəffaf araşdırma aparılmasını, günahkarların cəzalandırılmasını tələb edib.

Bənzər yazılar

0.21098303794861