Avropa Birliyi Orbana paxıllıqla yanaşır - Siyarto

 26-07-2024

Avropa Birliyi (AB) Macarıstanın Baş naziri Viktor Orbana paxıllıqla yanaşır, çünki Ukraynaya dəstəyin ittifaq üçün uğursuz strategiya olduğunu sübut edib.

"Ölkə.az" xəbər verir ki, bunu İsveçrənin “Die Weltwoche” nəşrinə müsahibəsində Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

"Düşünürəm ki, avropalı siyasətçilər məyusdurlar, çünki qorxurlar. Onlar qorxurlar ki, Avropada hər kəsə aydın olacaq ki, bu müharibə ilə bağlı nəinki pis və uğursuz, həm də Avropaya və Avropa xalqına çox böyük ziyan vurmuş strategiya həyata keçiriblər”, - o bildirib.

Onun sözlərinə görə, Avropa siyasətçiləri Orbana həsəd aparırlar, çünki o, Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Szsinpin kimi mühüm dünya liderləri ilə danışıqlar apara bilən yeganə şəxsdir.(Axar.az)

Bənzər yazılar

0.063983917236328