Azərbaycanda atanın 14 yaşlı oğluna qarşı zorakılıq etməsinin TƏFƏRRÜATI

 27-07-2024

Mingəçevirdə yeniyetmənin atası tərəfindən zorakılığa məruz qalması hadisəsinin təfərrüatı bəlli olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Yavər Teymur oğlu Bəşirovun qonşuluqda və küçədə olan digər şəxslərlə arasında narazılıq yaranıb.

Atası da oğlunun bu əməlinə əsəbiləşib. O, övladına bir neçə şillə vurub. Onun övladının başında əşyalar qırması faktı əsassızdır.

Qeyd olunur ki, hadisədən sonra əmisi Yavəri xəstəxanaya aparıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, valideyn polisə dəvət olunub:

"Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır. Nəticədən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək".

 

Bənzər yazılar

0.13288903236389