"Bakcell" və "Nar" balans bildirişini ekranda göstərmək üçün aylıq 67 qəpik abunə haqqı tutacaq.
Bu barədə abunəçilərə artıq smslə xəbərdarlıq göndərilib.
Qeyd olunur ki, yeni qayda "Bakcell"də 30 iyul tarixindən qüvvəyə minəcək.
Abunəçilər balanslarını operatorların mobil tətbiqi vasitəsilə ödənişsiz izləyə bilərlər.
"Nar"da isə yeni qayda 29 iyulda qüvvəyə minəcək.
Abunəliyi ləğv etmək istəyən "Bakcell" abunəçiləri *507#0# yes kodunu yığmalıdırlar.
Abunəliyi ləğv etmək istəyən "Nar" abunəçiləri isə *777#47# yes kodunu yığmalı, yaxud 777-ə "-balans" yazıb sms göndərməlidir.