Şirvanda vəfat edən doqquz aylıq körpənin atası DANIŞDI: “Həkimin səhlənkarlığıdır” - VİDEO

 31-03-2024

Şirvanda nəfəs çatışmazlığından vəfat edən doqquz aylıq körpənin atası danışıb.

O qeyd edib ki, bir müddət öncə həkim uşağın xəstəliyi ilə bağlı müalicə yazıb:

“Həkim dedi ki, uşağı aparın evə və üç gün müalicə etdikdən sonra təkrar müayinəyə gəlin yeni dərmanlar yazacam. Biz həkim deyilik. O, bizə deməli idi ki, uşaq xəstəxanada qalmalıdır və ev şəraitində müalicə oluna bilməz. Baş verən hadisə həkimin səhlənkarlığıdır”.

Ətraflı Baku TV-nin süjetində:

Onu da qeyd edək ki, Şirvanda doqquz aylıq uşaq nəfəs çatışmazlığından ölüb.

APA-nın məlumatına görə, Şirvan sakini, 2023-cü il təvəllüdlü (25.06.2023) Səma Hacıbala qızı Rzayeva nəfəs çatışmazlığı səbəbindən xəstəxanaya gətirilərkən yolda ölüb. Bundan əvvəl uşağın qızılca xəstəliyi keçirdiyi deyilir.

Uşağın boğulmasına səbəb kimi onun qida borusuna yad cismin düşdüyü və ya pnevmoniyanın yaratdığı bəlğəmdən boğulduğu ehtimal olunur.

Uşağın meyiti hazırda müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patologiya Birliyinin Şirvan şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bənzər yazılar

0.17275905609131