“Lotu Quli”ni öldürən şəxsə və əlaltılarına HÖKM OXUNDU

 06-04-2024

2020-ci ildə Türkiyənin Antalya şəhərində qətlə yetirilən və Azərbaycanda kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qətlində şübhəli bilinən şəxslərə hökm oxunub.

Təqsirləndirilənlərdən Xaqan Zeynalov və Əmir Həmidli ömürlük, Əli Mövlamlı və Rəsul Həsənov isə hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Həbs olunmayan dörd təqsirləndirilən şəxsə bəraət verilib.

Xatırladaq ki, 2020-ci il avqustun 20-də gecəyarısı Serik rayonu, Boğazkent rayonunda yerləşən 5 ulduzlu hotelin restoranında “Nazir Əzizoğlu”nun adına olan şəxsiyyət vəsiqəsindən istifadə edən “Lotu Quli”yə yaxın adamlarından Xaqan Zeynalov baş nahiyəsindən iki güllə vurub. Səlifovun adamlarının cavab atəşi açması nəticəsində yaralanan Xaqan Zeynalov hoteldən çıxaraq onu gözləyən Əmir Həmidlinin idarə etdiyi kirayə avtomobillə qaçıb. Hadisə yerinə gələn həkim briqadasının ilkin müdaxiləsindən sonra xəstəxanaya aparılan Səlifov dünyasını dəyişib.

Şübhəlilər Dənizlidə ələ keçiblər. Saxlanılanlardan Xaqan Zeynalov xəsarət aldığı üçün xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Onlara qarşı “qəsdən adamöldürmə” maddəsi ilə cinayət işi açılıb.

Bakırköy Respublika Prokurorluğunun göstərişi ilə İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları tərəfindən aparılan araşdırmada hadisənin Azərbaycanda “Lənkəranski” ləqəbi ilə tanınan və 18 avqust 2016-cı ildə Beşiktaşda qətlə yetirilən Rövşən Canıyevin qətlinin qisasını almaq məqsədi ilə törədildiyi müəyyən edilib.

Bənzər yazılar

0.18780899047852