Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı

 27-04-2024

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb.

Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb.
Ən bahalı mənzillər Mtatsminda (kvadratmetr üçün 2000 dollardan çox) və Vake (kvadratmetr üçün 1,8 min dollar) mərkəzi ərazilərindədir. Ən ucuzlar isə Samqori ((kvadratmetr üçün 374 dollar) və Qldani (kvadratmetr üçün 112 dollar) yaşayış massivlərindədir.

Bənzər yazılar

0.059578895568848