Himalay Məmişovun infarkt keçirməsi xəbərinə DSMF-dən REAKSİYA

 03-03-2024

Bəzi səhifələrdə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun İsveçrədə səfərdə olarkən guya infarkt keçirdiyi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.

DSMF-dən APA-ya verilən xəbərə görə, DSMF sədri İsveçrə Krallığında işgüzar səfərdə olub.

Səfər zamanı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıqla bağlı görüşlər keçirib. Səfər çərçivəsində DSMF ilə dünyanın 160-dan çox ölkəsindən 350-yə yaxın sosial təminat qurumunun üzv olduğu Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bununla da DSMF BSTA-nın etibarlı və uzunmüddətli peşəkar tərəfdaşına çevrilib. DSMF sədri hazırda Bakıdadır, səhhətində hər hansı bir narahatlıq yoxdur. Ermənistan müxtəlif bəhanələrlə dəqiq xəritələri təqdim etməkdən imtina edir.

Bənzər yazılar

0.15976595878601