Azərbaycanla Albaniya arasında qarşılıqlı viza tələbi aradan qaldırıldı

 01-03-2024

Azərbaycanla Albaniya arasında qarşılıqlı viza tələbi aradan qaldırılıb.

Bununla əlaqədar martın 1-də Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Saziş imzalanıb.

Sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və Albaniyanın xarici işlər nazirinin müavini Besart Kadia imzalayıblar.

 

Bənzər yazılar

0.27080106735229