Zahid Oruc: "Azərbaycandan əl çəkməyəcəklər, onların məqsədləri budur"

 23-02-2024

“Qələbəmizdən sonra regionda dayaqlarını itirən ABŞ, Fransa və Almaniya yenidən  bölgəyə iqtisadi və silahlı qayıdışını hiss etməkdəyik. Prezident İlham Əliyev andiçmə mərasimində, məhz bu salonda - yüksək tribunadan bəyan etdi ki, sarsılmaz daşları tərpətdiyimiz üçün bizdən əl çəkməyəcəklər, hücumlar artacaq. Lakin bizim cavab tədbirlərimiz daha təsirli olacaq”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan 19 fevralda Münhen sammiti proqramında Təşəkkür medalı ilə təltif etdiyi Avroparlamentin Təhlükəsizlik Komitəsinin sədri, Azərbaycana qarşı şəbəkənin əsas simalarından olan Natali Luazo bəyan etdi ki, onların əsas məqsədi bölgədə yerləşdirdikləri Avromissiyanın fəaliyyətidir. “Bəli, strateji hədəf NATO-nun hərbi qüvvələrini regiona müdaxiləsi üçün zəmin hazırlamaqdır və 12 fevral tarixində sərhəddəki insidentin səbəbi məhz Zəngəzur dəhlizinə Qərbin hərbi korpusunu gətirməkdir. Avropa Birliyinin Ermənistandakı səfiri Vasili Maraqosun 12 fevral tarixli müsahibəsində deyir ki,  Zəngəzur Ermənistanın təhlükəsizliyi üçün çox vacib bölgədir və xariclə əlaqəni təmin etmək strateji yoldur. Biz həmin həmin bölgənin təhülkəsizliyi üçün 110 milyon avro vəsait ayırmışıq.

Sual olunur: görəsən, ölkəmiz nə vaxt həmin əraziləri müharibə yolu ilə alacağını bəyan edib ki, Avropa Birliyi belə böyük vəsaitləri Zəngəzura yatırır. Artıq Rusiya ilə yanaşı, İran, ABŞ və Avropa Birliyinin missiyaları, biznes şirkətləri və digər çətirlər altında Zəngəzura mahalında yerləşiblər. Lakin unutmayaq ki, Avropa Birliyinin missiyaları Bosniyada-20 il, Gürcüstanda-13 il, Liviyada 13 illik fəaliyyəti sülhə deyil, münaqişələri idarə etməklə ölkələrin iqtisadi sərvətlərini sümürməyə yönəlmişdi. Ona görə də bütün beynəlxalq missiyalar unutmasınlar: O torpaqların tarixi sahibləri olan azərbaycanlılar Zəngəzur yolunu açacaqlar!”, - o qeyd edib.

 

Bənzər yazılar

0.41481494903564