Elman Nəsirov: "Ermənistanı bölgədə Üçüncü Qarabağ  müharibəsinə sürükləmək dəlilikdir"

 23-02-2024

Azərbaycan Prezidenti andiçmə mərasimində çıxışı zamanı İrəvanla münasibətlərin tənzimlənməsi və dayanıqlı sülhün əldə edilməsi istiqamətində  bəyan etdiyi prinsipləri praktik olaraq həyata keçirməkdədir.

Ölkə.Az xəbər verir ki, bunu deputat Elman Nəsirov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Cənab Prezident bundan sonra İrəvanla münasibətlərin tənzimlənməsində vasitəçilərdən imtina edilərək birbaşa ikitərəfli formatda davam etdirilməsini həyata keçirməkdədir. Prezident  vasitəçilərə bəyan etdi ki, gedin işinizlə məşğul olun. Münhen görüşündə də bunun bariz şahidi olduq”, - deputat qeyd edib.

O əlavə edib ki, Azərbaycan Prezidentinin bu prinspial mövqeyi Ermənistanın havadarlarının yuxusuna haram qatıb: “Münhen görüşündən sonra Makron Paşinyanı tələm-tələsik Parisə dəvət etdi. Makron Paşinyanla görüşündə bir daha əvvəlki ampluasında olduğunu ortaya qoydu. Fransa Ermənistanı silahlandırmağı bir daha bəyan etdi. Əslində Fransa bu addımı ilə bölgədə vəziyyəti gərginləşdirməyə və Ermənistanı yeni müharibəyə itələyir.  Ermənistanı bölgədə üçüncü Qarabağ  müharibəsinə sürükləmək dəlilikdir”.

 

 

Bənzər yazılar

0.21109199523926