“Azərişıq” sorğuların gec cavablandırılmasına aydınlıq gətirdi

 21-02-2024

“Azərişıq” ASC abonent sorğularını cavablandırılması üçün dünya təcrübəsini öyrənir.

"Ölkə.Az" xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib. 

O bildirib ki, abonentlər 199 çağrı mərkəzinə zəng edərkən vəsait xərcləmirlər və bu zəng pulsuzdur: 

"Əgər bu sualın cavabı üçün yönləndirmələrdən istifadə olunmursa və operatorun cavabı gözlənilirsə, gecikmə ola bilər. Bizim 3 milyon abonentimiz var və soğuların cavablandırılması müəyyən vaxt tələb edir. Həmçinin abonentlər sorğularını daha doğru izah etməlidir ki, digər şəxslər üçün də kifayət qədər vaxt qalsın".

"Cavablandırmanın sürətləndirilməsi üzrə it departamenti və 199 çağrı mərkəzi işlər görür və dünya təcrübəsi öyrənilir. Sosial şəbəkələr üzərindən sorğunun cavablandırılması həyata keçirilir", - deyə qurum nümayəndəsi bildirir. 

Könül
Ölkə.az

Bənzər yazılar

0.15883898735046