Deputat Müşfiq Məmmədli: "Təhdid davam edərsə, Bakı  daha sərt addımlar atacaq"

 27-01-2024

AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi sənəd qarşı qərəzli və ikili standartların açıq təzahürüdür, bu, eyni zamanda bütövlükdə Avropa Şurasının nüfuzuna ciddi zərbədir. 

Bunu Ölkə.Az-a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, sözdə özünü demokratiyanın, söz azadlığının, insan hüquq və azadlıqlarının müdafiəçisi adlandıran AŞPA Azərbaycanın qüdrətlənməsini, əldə etdiyi qələbləri həzm edə bilmədiyindən  riyakarlıq nümayiş etdirərək belə bir qərəzli sənəd qəbul edib: "Bu gün Azərbaycanın qələbləri bəzi dövlətləri narahat edir və ona görə də ölkəmizə qarşı  açıq şəkildə   təzyiq kampaniyasını həyata keçirməkdədir. Həmin  ölkələr beynəlxalq təşkilatlardan  Azərbaycana qarşı siyasətlərində bir alət kimi istifadə etməkdədirlər. Ona görə də   başda Fransa olmaqla anti-Azərbaycan güclər  AŞPA, Avropa İttifaqı, Avropa Parlamentindən bir vasitə kimi istifadə etməklə Azərbaycana müxtəlif vasitələrlə mane olmağa çalışırlar.

Əslində bu qərar elə Ermənistanın da maraqlarına ciddi zərbədir. Çünki  Ermənistanın sülh sazişini imzalamaq istədiyi bir zamanda AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyi Cənubi Qafqazda sülhə, sabitliyə qarşı atılmış addımdır. Əgər Fransa və Avropa strukturları hesab edirlərsə ki, Azərbaycana bu cür təzyiq vasitələri Ermənistana  yardım edirlər yanılırlar. Onlar bilməlidirlər ki, Azərbaycanla təzyiq dilində danışmaq qeyri-mümkündür. Başda Fransa olmaqla AŞPA, Avropa İttifaqı, Avropa Parlamenti  anlamalıdır ki, bundən itirən tərəf özləri və Ermənistan olacaq. Ona görə də bu təşkilatlar bəzi ölkələrin əlində cəza aləti olmaqdan xilas olub, üzərlərinə düşən missiyanı yerinə yetirsələr daha yaxşı olar.

Digər tərəfdən bu təşkilatların Azərbaycanı qınamaq üçün heç bir mənəvi  əsası yoxdur. Bu təşkilatlar indyədək  bir dəfə də olsun nə  Ermənistanın yürütdüyü işğlaçılıq siyasətinə, nə onun törətdiyi bəşəri cinayətlərə, nə də bir milyondan artıq insanın hüquqları kobud şəkildə pozularaq  məcburi köçkün həyatı yaşanlarla bağlı İrəvana qarşı hər hansı sərt reaksiya verməyib.  Ermənistana   təkcə Cənubi Qafqazın deyil, Avropanın da təhlükəsizliyinə ciddi təhdid yaradan  siyasətinə qarşı çıxmayıb. Biz əksinə Avropanın Ermənistanın işğalçılıq siyasətini dəstəklədiyinin şahidi olmuşuq. AŞPA-nın sonuncu məlum qərarı da bunun bariz nümunəsidir. 

Azərbaycan ona qarşı yönələn bütün hərəkətlərə qarşı adekvat addım ataraq cavab vermək gücünə malikdir. Ona görə də AŞPA-nın bu hərəkətinə etiraz olaraq Azərbaycanın təşkilatdakı nümayəndə heyəti fəaliyyətini dondurmaq barədə qərar verib. Əgər bundan sonra da AŞPA-da ölkəmizə qarşı təhdid  hərəkətlərini davam etdirəcəyi təqdirdə daha sərt addımlar atmaq məcburiyyətində qalacaq".

Bənzər yazılar

0.20744299888611