2024-cü ildə bizi nələr gözləyir? - ASTROLOQ DETALLARI AÇIQLADI

 23-01-2024

"2024-cü il Əjdaha ili, ünsürü ağac, bəzi yerlərdə taxta da deyilir. Rəngi yaşıldır". Bu sözləri SİA-ya açıqlamasında təlimçi, motivator, numeroloq, Teta-healier, bioenerji uzmanı, yaşam koçu, astroloq Vüsalə Əliyeva deyib.

Astroloq Vüsalə Əliyeva bildirib ki, əjdaha ili fevral ayının 10-da, Bakı vaxtı ilə 02:38-də ağac, taxta ünsürü üzərində yer üzərində hökmranlıq edəcək: "Hələ ki, əjdaha ilinə qədəm qoymamışıq. Əjdaha ilinin xarakteristikasını götürsək, karmalar ilinə təsadüf edəcək. Karma ili nə deməkdir? Yəni neqativin və pozitivin qalxacağı deməkdir. Neqativ sözlər, hərəkətlər, əməllər edəriksə, artacaq. Bu, insan və ölkələr faktoru üçün də eynidir. Eyni zamanda əksinə, pozitiv yönlərimiz qabarıb aşıb-daşacaq. Ümumiyyətlə, bolluğa, bərəkətə işarədir. Bunu numeroloji baxımdan həll etsək, 2024-cü ilin numeroloji sayı 8-ə təsadüf edir. 8 rəqəmi bolluq, bərəkət, artma, çoxalma mənasını verir".

vusale

"Hava və su ünsürlü məsələlər ön planda olacaq. Təyyarə qəzaları hər zaman olsa da, bu il daha çox görünür olacaq. Sunami, çovğun, burulğanlar daha çox aktiv olacaq, zəlzələlərin artacağı il olacaq. İnsanlarda fərqindəlik, şəxsi inkişafa meyillilik müşahidə olunacaq. İnsanlar şəxsi keyfiyyətlərini, yaradıcılıqlarını artırmaq istəsələr bu il onlar üçün çox məhsuldar olacaq. Bizneslərə yatırımlar etmək, yaratma, inkişaf etdirmə, yeniliklərin yaradılması ilə bağlı da əlverişli ildir. Əjdaha digər heyvanlardan fərqli olaraq ancaq mif, əsatirlərdə rast gəlinib. O da yalnız mistik aləmin daşıyıcısı rolunda olub.

Eyni şey həyatımıza da yansıyacaq. Əjdaha təklif imajı yaradığı üçün bəzi insanlar asosyallığa meyl edəcəklər. Amma fərqindəliyində olan insanlar bu təkliyi enerjiyə çevirərək, karmadan rahatlıqla çıxa biləcəklər. Çox yüklü şəkildə, hər sahədə yaradıcı, inkişaf ilidir. Tələbə adını qazanmaq istəyən insanlar üçün yolların açıq olduğu ildir. Ümumi götürdükdə xırda çevrilişlərin, havadan və sudan təsirlərin olacağı gözlənilir. Lakin pozitiv daha çoxdur. Həm insanlarda, həm də dünya dövlətlərində yaradıcılıq, bütövləşmə, inkişaf ampulası hər zaman ön planda olacaq" - deyə o, əlavə edib.

Bənzər yazılar

0.26107120513916