Valideynləri sevindirəcək xəbər - Fevralın 1-dən... - VİDEO

 19-01-2024

Fevral ayından etibarən məktəbəqədər təhsillə bağlı alternativ modellərin tətbiqinə başlanır.

Bu barədə "Xəzər Xəbər"ə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova bildirib. 

O əlavə edib ki, pilot layihə fevral ayından başlayaraq bir neçə ay davam edəcək. Layihə Bakı, Naxçıvan, Astara, Füzuli, Göygöl, Lənkəran, Masallı, Şəki, Şirvan, Zaqatala kimi regionlarda icra olunacaq.

Layihədə sağlamlıq imkanları məhdud uşaqlar da nəzərə alınıb.

Xatrıladaq ki, ilk dəfə həyata keçirilən "Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili" pilot proqramına 19 layihə təqdim edilib və onlardan 16-sı qrant qazanıb.

Bənzər yazılar

0.21759104728699