Cahangir Əsgərovun həyat yoldaşına məxsus şirkət kapitalını azaldır

 09-05-2024

“Gazellı Group” MMC (VÖEN – 1401571551) nizamnamə kapitalını azaldır.

Yeniavaz.com xəbər verir ki, hazırda 50 milyon 32 min manat nizamnamə kapitalına sahib olan “Gazelli Group” MMC kapitalını nə qədər azaldacağını açıqlamayıb.

Məlumat üçün bildirək ki, “Gazellı Group” MMC 08 may 2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, 28 May, ev 4, m. 4-də yerləşən MMC-nin qanuni təmsilçisi Əfəndiyev Əhməd Mahmud oğludur.

“Gazelli Group” MMC-nin sahibi “Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır. Zərifə Həmzəyeva eyni zamanda nizamnamə kapitalı 154 milyon 601 min 370 manat olan “Premium Bank” ASC-nin səhmlərinin 84,48%-nə sahibdir.  Bundan başqa Nabranda yerləşən və 11 hektar ərazini əhatə edən “River İNN Boutique Spa Hotel” də Zərifə Həmzəyevaya məxsusdur.

Cahangir Əsgərov və Zərifə Həmzəyevanın Londonda yaşayan qızları Cəmilə Əsgərova isə Böyük Britaniyada fəaliyyət göstərən “Gazelli International Limited” şirkətinə rəhbərlik edir. “Gazelli International Limited” şirkəti 17 oktyabr 2007-ci ildə “15 Bury Walk, London, SW3 6QD” ünvanında qeydiyyatdan keçib. 

2009-2011-ci illərdə şirkətə AZAL prezidentinin kiçik qızı Məlahət Əsgərova da rəhbərlik edib. Məlahət Əsgərova Londonda yerləşən “Gazelli International Limited” şirkətinə rəhbərlik edən zaman 22 yaşı olub.

Bundan başqa 2008-ci ildə şirkətə italyan əsilli Britaniya vətəndaşı İgnazio Coraci da rəhbərlik edib. İgnazio Coraci AZAL prezidentinin böyük qızı Cəmilə Əsgərovanın həyat yoldaşıdır. İgnazio Coraci hazırda Londonda qeydiyyatda olan “Cargo Invest Limited”, “ASC Handling Limited”, “Aviation Servicing Company Ltd” və “Silkway (UK) Ltd” şirkətlərinə də rəhbərlik edir.

Elnur Əli

Bənzər yazılar

0.3266339302063