"Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək

 12-05-2024

Məhkəmə "Microsoft"u patentləşdirilmiş texnologiyadan qeyri-qanuni istifadəyə görə "IPA Technologies"ə 242 milyon dollar məbləğində təzminat ödəməyə məcbur edib. 

"Ölkə.az" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

IPA 2000-ci illərin əvvəllərində "Apple"ın sonradan aldığı və texnologiyasından virtual köməkçisində istifadə etdiyi "Siri"dən bir sıra patentlər almış Wi-LAN-ın törəmə şirkətidir. 2018-ci ildə IPA "Microsoft"u patent hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə müraciət edib.

"Microsoft" hesab edir ki, patent etibarlı deyil. Şirkət məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

"Microsoft"dan başqa, IPA da patentlərinə görə "Google" və "Amazon"u məhkəməyə verib. Sonuncu 2021-ci ildə işi qazana bilib. IPA-nın "Google" ilə məhkəmə çəkişməsi hələ də davam edir.

Bənzər yazılar

0.056584119796753