Azərbaycanda gələn ay müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar açıqlanıb.
Çağırışçılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytındakı müvafiq bölməyə daxil olaraq xidmət yerlərini öyrənə bilərlər.
“Məlumatların tapılması üçün çağırışçı özü haqqında məlumatları dəqiq, Azərbaycan dilində xanalara daxil edib cavab ala bilər. Bütün axtarış xanaların doldurulması məcburidir”, - qurumun məlumatında deyilir.
Qeyd edək ki, vətəndaşların mobil telefonlarından çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür.