Qərbi Azərbaycan Xronikası: Daşnaklarla vuruşan, saxta ittihamlarla güllələnən irəvanlı general - VİDEO

 12-05-2024

Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Ölkə.az" xəbər verir ki, budəfəki veriliş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) irəvanlı generalı Qambay Vəzirova həsr olunub.

Bildirilir ki, hərbi xadim, diviziya komandiri, general-mayor, repressiya qurbanı Q.Vəzirov 1899-cu il avqustun 19-da İrəvan quberniyasında dünyaya gəlib.

İlk yeddiillik təhsilini İrəvan kişi gimnaziyasında alıb. 1918-ci ildə altı ay Türkiyədə işləyib. 1919-cu ildən AXC-nin Milli Ordusunda xidmət edib. 1920-1922-ci illərdə Qazaxda, Cəbrayılda və Qarabağda sovet hakimiyyətinə qarşı çıxan daşnaklarla vuruşub.

1937-ci ilin iyununda terrorçu-əksinqilabi milli təşkilatın rəhbər olmasına dair saxta ittihamlar əsasında həbs edilərək güllələnib. SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının 28 iyul 1956-cı il tarixli qərarı ilə Q.Vəzirova ölümündən sonra bəraət verilib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Bənzər yazılar

0.058701992034912