Ermənistan Ombudsman Aparatı: “Ordumuzda qeyri-döyüş itkilərinin sayı artır”

 18-01-2024

Son dörd ilin statistikası göstərir ki, Ermənistan silahlı qüvvələrində qeyri-döyüş şəraitində ölüm halları artıb.

"Ölkə.Az" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Ombudsman ofisinin hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış bölməsinin rəhbəri Andranik Yeqoyan deyib.

Onun sözlərinə görə, 2018-ci ildə 63, 2019-cu ildə 49, 2020-ci ildə 54, 2021-ci ildə 58, 2022-ci ildə 64 hadisə qeydə alınıb: "Özünə xəsarət yetirmə ilə bağlı da vəziyyət eynidir. 2020-ci ildə onların sayı 65, 2021-ci ildə 77, 2022-ci ildə 108 olub".

Bənzər yazılar

0.21137189865112