Köçkün binalarının aqibəti necə olacaq? 

 16-01-2024

“Bakının mərkəzində yalnız yüngül sənaye sahələri qalacaq”.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

O bildirib ki, Baş planla nəzərdə tutulan əsas islahat kompleks yanaşmadır: “Artıq yanaşmalar nöqtəvi yox, kompleks olacaq. Bu da şəhərdə müvafiq istirahət yerlərinin, yaşıllıqların planlaşdırılmasına zəmin yaradır”.

Komitə sədri məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların aqibətindən də danışıb: “Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların bəziləri, təəssüf ki, qəzalı vəziyyətə çox yaxındır. Onların Qarabağa köçürülməsi prosesi müvafiq qaydada davam etdirilir. Onlar köçürüldükdən sonra o binaların da digər qəzalı binalar kimi yenidən qurulması nəzərdə tutulur.

Bu Baş plan müstəqilik dövründə paytaxtın ilk Baş planıdır. Şəhər böyüyüb, 212 min hektardan çox ərazini, 59 qəsəbəni əhatə edir. Bu planın hazırlanması zamanı bütün dövlət qurumları, bir çox özəl qurumlar iştirak edib”.

Onun bildirib ki, Baş planın hazırlanmasında bütün nazirliklərin təmsil olunduğu İşçi qrup yaradılıb: “Baş planın vacib hədəfləri var. Bakı insanlar üçün daha rahat şəhərə çevrilir. Lakin əvvəllər daha çox avtomobillər şəhərdə rol oynayırdı. Biz Vyananı və Dubayı özünüzə müqayisə üçün seçdik. Bilirik ki, Dubayda piyada hərəkəti üçün ciddi infrastruktur yaradılır. Vyana ictimai nəqliyyatdan rahat istifadə olunan şəhərdir. Düşünərək, müqayisə apararaq biz Vyananı özünüzə nümunəvi hədəf kimi götürdük.

1000 hektardan çox ərazi var ki, burada xüsusi mühafizə olunan zona təyin olunub. Burada tarixi abidələrin sıxlığı nəzərə alınıb ki, orada tikinti məsələlərinə məhdudiyyət qoyulub”.

O bildirib ki, bu ərazidə beş mərtəbədən hündür bina tikintisinə icazə verilməyəcək. O bildirib ki, xüsusilə şəhərin mərkəzində tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq.

 

 

Bənzər yazılar

0.20060801506042