Fransa Bakı ilə normal münasibətləri itirib - Stanislav Pritçin

 14-01-2024

Fransa xüsusən Afrikadakı məğlubiyyəti və sonsuz itkiləri fonunda, ritorika hesabına özünü qlobal oyunçu kimi göstərməyə çalışır. Buna görə, Fransanın indiki halda əks nəticə verən mövqeyi, onun Afrikada müşahidə olunan uğursuzluqlarının və məğlubiyyətlərinin əvəzini çıxmaq ehtiyacı duyması ilə əlaqədardır.

Bunu Rusiya Elmlər Akademiyasının E.M.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun baş elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin Azərtac-a açıqlamasında deyib.

“Müvafiq olaraq, Ermənistan bu baxımdan əlverişli variantdır – çünki heç bir ciddi nəticə olmadan sərt anti-Azərbaycan mövqeyi tutmaq olar. Fransanın maksimum dərəcədə itirəcəyi Azərbaycanla olan normal münasibətlərdir, faktiki olaraq, o artıq bu münasibətləri itirib. Lakin eyni zamanda, Fransa bu ritorikanı davam etdirir, çünki siyasi diskurs baxımından bunları demək niyyəti güdür: “Biz Cənubi Qafqazdakı tərəfdaşımızı dəstəkləyirik. Biz Cənubi Qafqazda mühüm oyunçuyuq”. Fransa və Avropa sakinlərinin isə heç biri qüvvələrin gerçək uyğunluğunun nədən ibarət olduğunu və Fransanın bu mövqeyinin nə üçün əksyönümlü və dağıdıcı olduğunu anlamır”, - Pritçin bildirib.

 

Bənzər yazılar

0.17499589920044