“Neftçi” bu gün Almaniya klubu ilə üz-üzə gələcək

 13-01-2024

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” bu gün ikinci yoxlama oyununu keçirəcək.

Ölkə.az xəbər verir ki, Miodraq Bojoviçin baş məşqçisi olduğu komanda Almaniya 3-cü Bundesliqa təmsilçisi “Sportverein Valdhof”la üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

“Ağ-qaralar” ilk yoxlama görüşündə Türkiyənin “Erzurumspor” kollektivinə 1:3 hesabı ilə uduzublar.

Bənzər yazılar

0.16407108306885