Səkiləri zəbt edən pilləkənlər: Məsələ həllini necə tapacaq? - VİDEO

 09-05-2024

Bakının bir çox ərazilərində yaşayış binalarının altında yerləşən iaşə obyektlərinin pilləkənləri səkiləri zəbt edib.

Xüsusilə paytaxtın Yasamal və Nəsimi rayonu ərazilərində bu problemə daha çox rast gəlinir.

Sakinlər deyirlər ki, bəzi səkilərdə addım atmağa yer olmadığı üçün avtomobil yoluna çıxmağa məcbur qalırlar. Vətəndaşlar iddia edirlər ki, həmin ərazilərdə qəzaların tez-tez baş verməsinin səbəblərindən biri də budur.

Obyekt sahibləri isə deyilənlərlə razı deyil. Hətta sakinlərin yalan danışdığını bildirirlər.

Bəs, bu vəziyyətə görə kim məsuliyyət daşıyır?

Daha ətraflı Baku TV-nin süjetində:

 

Bənzər yazılar

0.47370004653931