“Kapital Bank” bank kartlarından nağdlaşdırmaya görə komissiya tutacaq

 11-01-2024
“Kapital Bank” digər bankomatlarda nağdlaşdırmaya görə komissiya haqqı tətbiq etməyə başlayır. 
 
Valyuta.az-ın bu barədə banka istinadən xəbər verir. Məlumata görə, yanvar ayının 15-dən etibarən Birbank Cashback və Birbank Miles kartları ilə ölkədaxili digər bankomatlardan nağdlaşdırma zamanı 2 manat (və ya Avro/Dollar) komissiya tutulacaq. Komissiya haqqın nağdlaşdırmanın həcmindən aslı olmayaraq eyni müəyyən edilib. 
 
Bankdan həmçinin, o da bildirilib ki, “Kapital Bank”ın ölkə üzrə mindən çox bankomatı fəaliyyət göstərir və kart sahibləri 5 min manata kimi vəsaitlərini bu bankomatlar vasitəsilə pulsuz nağdlaşdıra bilərlər. 
 
Qeyd edək ki, indiyə qədər bu kart sahibləri digər bankomatlardan vəsaitlərini komissiyasız nağdlaşdıra bilirdilər.

 

Bənzər yazılar

0.20681500434875