Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satanlarla bağlı tədbir görülü

 28-04-2024

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Ölkə.az"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində üç mağazada yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması halı aşkar edilib.

Həmin obyektlərin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir

Bənzər yazılar

0.059441089630127