Azərbaycanın əmlak bazarı bir qərarla çökdü 

 09-01-2024

Azərbaycanın əmlak bazarı bir qərarla çökdü. Artıq daşınmaz əmlakların notarial alqı-satqısında 20 min manatdan artıq məbləğ üçün gəlir deklorasiyası tələb olunur. Yəni əmlak alışı üçün ödənilən pulun rəsmi mənbəsi göstərilməlidir.

"Ölkə.Az" xəbər verir ki, bunu əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, alıcılar gəlir deklorasiyası təqdim edə bilmədikləri ücün notariusdan geri qayıtmalı olurlar:

"Ölkə əhalisinin 25%-ə qədəri Rusiyada yaşayır və işləyir. Digər ölkələrdə də 100 minlərlə vətəndaşlarımız yaşayır ki, orada qazandıqları pulları ölkəmizin daşınmaz əmlak sahəsinə yatırım edirdilər. Başqa bir tərəfdən, ölkədaxili kənd təsərrüfatı və digər sahələrdən qazanc əldə edən şəxslər yetəri qədərdir ki, onlar da gəlir deklorasiyası təqdim edə bilmirlər".

"Bir tərəfdən Bakını yenidən tikib-qurmaq istəyirik, digər tərəfdən də tikənlərin belini qırırıq. İnsanlarımızın aldığı əməkhaqqı ilə sürdükləri avtomobillər və yaşadıqları evlərin qiymətləri axı heç vaxt üst-üstə düşməyib", - deyə ekspert əlavə edib.

 

 

 

Bənzər yazılar

0.1697940826416