Xəzərdə dalğanın hündürlüyü 3,4 metrə çatıb

 03-01-2024

Milli Hidrometeorologiya Xidməti faktiki hava ilə bağlı məlumat yayıb.

Qurumdan verilən məlumata görə, bu gün saat 20.00-a olan məlumata əsasən, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Mingəçevirdə 22 m/s, Bərdə, Göyçay, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Altıağacda 17 m/s, Ağdam, Tərtərdə 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,4 metrə çatıb.

Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək isti, aran rayonlarında 18 dərəcəyədək isti, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.

 

Bənzər yazılar

0.16249299049377