Mikayıl Müşfiqin Xatirə Muzeyinə gedən körpü uçub

 28-12-2023

Xızı rayonunda görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Xatirə Muzeyinə gedən körpü uçub.

Sözügedən məsələ ilə əlaqədər Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Xızı rayonunun Sayadlar kəndində fəaliyyət göstərən Mikayıl Müşfiqin Xatirə Muzeyinə gediş-gəlişi təmin edən körpü təbii fəlakət nəticəsində yararsız hala düşüb.

“Bu hadisə mədəniyyət müəssisəsinin binasına ziyan vurmayıb”, - deyə sorğuya cavabda qeyd olunub.

Nazirlik yol infrastrukturunun bərpası ilə bağlı müvafiq qurumlar tərəfindən zəruri tədbirlərin görüldüyünü də əlavə edib.

Bənzər yazılar

0.19376993179321