İki bank səhmdarlarına müraciət etdi: təcili toplantı keçirilir

 22-12-2023

Azərbaycanda iki bank səhmdarlarını növbədənkənar ümumi yığıncağa çağırıb.

Valyuta.az xəbər verir ki, bunlardan biri "Bank Respublika", digəri isə "Yelo Bank"dır.

Belə ki,  "Bank Respublika" rəhbərliyinin səhmdarlara müraciətində növbədənkənar ümumi yığıncağı gələn ilin yanvarın 23-nə təyin olunduğu bildirilib.

Gündəliyə iclasın sədrinin və katibinin təyin edilməsi, iclasın gündəliyinin təsdiq edilməsi, bankın ilin maliyyə nəticələri və mükafatın ödənilməsi, eləcə də xalis mənfəətinin bölüşdürülməsi haqqında məsələlər daxil edilib.

"Yelo Bank"ın  Müşahidə Şurasının səhmdarlara müraciətində isə ümumi yığıncağın gələn ilin yanvarın 22-nə təyin olunduğu bildirilib. Yığıncaqda cari və təşkilati məsələlərə baxılacaq. Eləcə də Nizamnaməyə və Səhmdarların Ümumi Yığıncağı haqqında Əsasnaməyə dəyişikliklər ediləcək.

 

Bənzər yazılar

0.18483304977417