Əsirlikdən azad edilən Aqşin və Hüseyn xəstəxanaya yerləşdiriliblər - VİDEO

 14-12-2023

Əsirlikdən azad edilən hərbçilərimiz Hüseyn Axundov və Aqşin Bəbirov artıq xəstəxanaya yerləşdirilib.

Bu barədə Baku TV-nin əməkdaşı bildirib.

“Səkkiz aylıq əsirlikdən sonra onların müayinə olunması, tibbi müayinədən keçməsi zəruri idi və onlar xəstəxanaya yerləşdirilərək tibbi müayinədən keçəcəklər. Üç günlük tibbi müayinədən sonra isə onların ailəsi ilə görüşü təyin olunacaq, evə buraxılacaqlar”.

Qeyd edək ki, bu gün Qazax-İcevan sərhədində (Bala Cəfərli kəndində) Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, saxlanılmış hərbçilərin mübadiləsi baş tutub.

Baku TV əldə olunan razılaşmalar nəticəsində azad olunan Hüseyn Axundov və Aqşin Bəbirovun evinə yollanıb.

 

Bənzər yazılar

0.23328495025635